HAQQIMIZDA

Prof. Nurməmməd Yaşar oğlu Məmmədov

Beynəlxalq Ekoenergetika Akademiyasının və Beynəlxalq Kadrlar Akademiyasının professoru. Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri. 220-yə qədər elmi məqalənin, o cümlədən isitmə, ventilyasiya, kondisioner, istilik təchizatı sistemləri, alternativ bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində 12 irihəcmli dərsliyin, 14 dərs vəsaitinin müəllifidir. BMT-nin inşaat sənayesində enerji səmərəliliyi üzrə ekspertidir.

Norveçin ENSİ Beynəlxalq Konsaltinq Kompaniyasının enerji auditi üzrə sertifikatını almışdır. İnşaat sənayesində enerji səmərəliliyi və mühəndis kommunikasiya sistemləri sahəsində respublikanın tanınmış mütəxəssislərindən biridir. Almaniya, Norveç, İtaliya, Fransa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və s. ölkələrdə mühəndis kommunikasiya sistemlərinə, alternativ bərpa olunan enerji mənbələrinə və enerji səmərəliliyinə həsr olunmuş Beynəlxalq səviyyəli elmi-praktik konfrans, konqres və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

Respublikamızda yerinə yetirilən INOGATE və SPARE adlı Beynəlxalq layihələrin milli koordinatoru və bilavasitə icraçısı olmuşdur. Bakı şəhərində yaşayış və ictimai binaların, respublikanın üç müxtəlif regionunda (Lənkəran, Ucar və Qax rayonları) isə orta məktəb binalarının enerji səmərəliliyinin artırılması layihələrinin müəllifi olmuşdur. 2005-ci ildə Nur-NV MMC-ni təsis etmişdir. 2015-ci ildən müəssisənin adı dəyişdirilərək “VİSKond” adlandırılmışdır. Bakı şəhərində və Respublikanın digər bölgələrində inşa edilən coxlu sayda müxtəlif təyinatlı binaların layihə müəllifidir.

Ailəlidir.

İki övladı və 6 nəvəsi var.

Vüqar Məmmədov

1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikintinin iqtisadiyyatı ixtisası üzrə bakalavr və magistr dərəcələrini almışdır. Mühəndis kommunikasiya sistemlərinin quraşdırılması və istismarı sahəsində böyük təcrübəyə malikdir. 2005-ci ildən “Nur-NV”, 2015-ci ildən isə “VİSKond” kiçik müəssisəsinin direktoru vəzifəsində işləyir. Onun bilavasitə rəhbərliyi ilə Bakı şəhərində və respublikanın digər bölgələrində müxtəlif təyinatlı binaların və ərazilərin mühəndis kommunikasiya sistemləri quraşdırılmışdır.

Ailəlidir.

Üç övladı var.

Haqqımızda

2005-ci ildən fəaliyyət göstərən VİSKond MMC ofislər, evlər, müxtəlif tipli binalar, müəssisələr üçün havalandırma, isitmə, soyutma, alternativ enerji və digər mühəndis sistemlərinin layihələndirilməsi, quraşdırılması, həmçinin servis xidmətini həyata keçirir.

İnsanların həyat fəaliyyətinin təmin olunması, işləməsi, yaşaması və həmçinin təhlükəsizliyi üçün normal mikroiqlim şəraitinin yaradılmasını VİSKond MMC layihələrin icrasının hər bir mərhələsində yüksək keyfiyyəti əsas tutur.

Müasir tələblərə uyğun peşəkar kadr potensialı ilə Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən təcrübəli şirkətlərdən biri olan VİSKond MMC artıq bir çox uğurlu layihələrə imza atıb.

VİSKond MMC Daikin, Mitsubishi elektrik, Viessmann, York, Sunwing Solar Light, Anern Energy kimi dünyanın tanınmış və qabaqcıl şirkətləri ilə əməkdaşlıq edərək, ən son texnologiyaları tətbiq edir və xidmət səviyyəsini daim yüksəkdə saxlayır.

VİSKond MMC isitmə, havalandırma, Soyutma, istilik təchizatı, isti və soyuq su təchizatı, kanalizasiya, pnevmonəqliyyat və aspirasiya, yüksək gərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğuları, elektrik təchizatı, alçaq gərginlikli elektrik xətləri və avtomatik yanğınsöndürmə sistemləri, uçot və nəzarət cihazları, qazanxana qurğuları, sənaye sobaları, tüstü boruları, silos quyuları, su qüllələri, qradirnilər, alternativ bərpaolunan enerji mənbələrinin layihələndirilməsi və quraşdırılmasını Azərbaycan Respublikasında qüvvədə olan Dövlət Tikinti Normalarına uyğun və müasir dünya standartları səviyyəsində həyata keçirir.

 
viskond lisenziya
viskond lisenziya 2