ELEKTRİK TƏCHİZATI

Elektrik Təchizatı

Elektrik enerjisi təchizatı – istehlakçının yüksək keyfiyyətli elektrik enerjisi ilə gecə-gündüz tələb olunan həcmlərdə təchiz edilməsini nəzərdə tutur. Elektrik enerjisi təchizatına alt stansiyaları artıran və azaldan qidalanma mənbələri, paylayıcı elektrik şəbəkələri qidalayan transformatorlar, müxtəlif köməkçi qurğular və tikililər daxildir.

VİSKond MMC elektrik enerjisi təchizati sistemlərinin layihələndirməsi və quraşdırılması ilə bağlı tam xidmət kompleksini həyata keçirir. Şirkətimiz istənilən mürəkkəbliyə məxsus öz layihəsi üzrə və ya müştərinin layihələri əsasında quraşdırma işlərini görür. Quraşdırma işləri yerinə yetirildikdən sonra müştəriyə normativ sənədlərin bütün tələblərinə uyğun hazırlanan və tələb olunan bütün sənədlərlə təchiz edilən hazır məhsul verilir.

VİSKond MMC eyni zamanda obyektin istismara verilməsi ilə bağlı bütün işəsalma və tənzimləmə işlərini yerinə yetirir. Azərbaycan Respublikasında qüvvədə olan Dövlət Tikinri Normalarına və müasir dünya standartlarına uyğun layihələrin hazırlanması və quraşdırma işlərinin görülməsinə zəmanət verir.