LAYİHƏLƏRİMİZ

 

“VİSKond” MMC-nin 2005 -ci ildən indiyə qədər gördüyü əsas işlər haqqında MƏLUMAT

• Qaradağ rayonunda yerləşən “Xəzər adaları” tikinti layihəsi çərçivəsində müxtəlif təyinatlı (restoranlar, ofis və satış mərkəzləri, magistral isti və soyuq su kəmərləri, mərkəzləşdirilmiş qazanxanalar, istirahət kotecləri, yaşayış binaları) binaların bütün mühəndis sistem və qurğularının layihələndirilməsi və quraşdırılması.

• Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 74 ünvanında AR nazirlər Kabinetinin işçiləri üçün tikilən yaşayış kompleksinin mühəndis kommunikasiya sistemlərinin, istilik məntəqələrinin, nasosxanasının və mərkəzi qazanxanasının layihələndirilməsi və quraşdırılması.

• Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 3166-cı məhəllədə yerləşən “Melissa” tikinti kompleksində 3 ədəd 2 bloklu çoxmərtəbəli yaşayış binalarının daxili mühəndis kommunikasiya sistemlərinin, istilik məntəqələrinin və nasosxanasının layihələndirilməsi və quraşdırılması.

•Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə 72 ünvanında “Kristal Abşeron” şirkətinin inşa etdiyi çoxmərtəbəli binanın mərkəzləşdirilmiş fankoyl-çiller, ventilyasiya, isti və soyuq su təchizatı, kanalizasiya sistemlərinin və mərkəzi qazanxanasının layihələndirilməsi və quraşdırılması.

•“Synergy Group”-un sifarişi ilə Sumqayıt şəhərində inşa olunacaq “Azərbaycan Fibrosement” zavodunun mərkəzləşdirilmiş fankoyl-çiller, ventilyasiya, isti və soyuq su təchizatı, kanalizasiya, drenaj sistemlərinin, kompressor stansiyası və mərkəzi qazanxanasının layihələndirilməsi.

• Sumqayıt şəhərində “Azərikimya” İB-nin “Etilen-propilen” zavodunun inzibati binasının ventilyasiya və kondisioner sistemlərinin layihələndirilməsi və quraşdırılması.

•Sumqayıt şəhərində Kimyaçıların mədəniyyət sarayının ərazisində 23 kVt gücündə 90 ədəd günəş batareyalarının layihələndirilməsi və quraşdırılması

•Buzovna qəsəbəsində “Mirzəyev tekstil” şirkəri üçün mərkəzləşdirilmiş buxar qazanxanasının layihələndirilməsi.

•Buzovna qəsəbəsində mərkəzləşdirilmiş qazanxananın layihələndirilməsi və quraşdırılması.

•S.Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binanın daxili isitmə, isti və soyuq su və kanalizasiya sistemlərinin və mərkəzləşdirilmiş qazanxanasının layihələndirilməsi və quraşdırılması.

•Şamaxı rayonunun Pirqulu qəsəbəsində mərkəzləşdirilmiş qazanxananın layihələndirilməsi və quraşdırılması.

•Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında “Kristal Abşeron” şirkətinin ofis binasının ventilyasiya və kondisioner sistemlərinin layihələndirilməsi və quraşdırılması.

•Sanqaçal qəsəbəsində üçmərtəbəli villanın mərkəzləşdirilmiş fankoyl-çiller, ventilyasiya, isti və soyuq su təchizatı, kanalizasiya, drenaj sistemlərinin, hovuzunun və mərkəzi qazanxanasının layihələndirilməsi və quraşdırılması.

•Bakı şəhərində sahəsi 800 m2 olan “Metropol” restoranının ventilyasiya və kondisioner sistemlərinin layihələndirilməsi və quraşdırılması.

•“Gənclik” mehmanxanasının mərkəzləşdirilmiş qazanxanasının layihələndirilməsi və quraşdırılması.

•Hövsan qəsəbəsində Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin (MİDA) inşa etdiyi yaşayış massivinin və məktəb binalarının daxili mühəndis kommunikasiya sistemlərinin və mərkəzləşdirilmiş qazanxanasının layihələndirilməsi.

•Bakı şəhərində bir sıra çoxmərtəbəli və fərdi yaşayış binalarının mühəndis kommunikasiya sistemlərinin layihələndirilməsi və quraşdırılması..

•Bakı şəhəri xarici dairəvi yolunun kənarında yerləşən MİDA-nın inşa etdiyi Yasamal yaşayış kompleksində bir neçə hündürmərtəbəli binaların daxili və xarici kommunikasiya və elektrik təchizatı sistemlərinin quraşdırılması.

•Bakı-Quba magistral yolunun 4-cü kilometrliyində yerləşən Azərbaycan Mərkəzi Bankına məxsus Quba Olimpiya Kompleksinin daxili və xarici mühəndis kommunikasiya və elektrik təchizatı sistemlərinin layihələndirilməsi.

•Zirə qəsəbəsində yerləşən istixananın qazanxana təsərrüfatının layihələndirilməsi və quraşdırılması.

•Bakı şəhəri S.Vurğun və M.Füzuli küçələrinin kəsişməsində yerləşən hündürmərtəbəli inzibati binanın mərkəzi qazanxana sisteminin xarici istilik şəbəkəsinin layihələndirilməsi və quraşdırılması.

•Bakı şəhəri 28 may küçəsi, ev 64/15 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının mərkəzləşdirilmiş qazanxana sisteminin təmir-bərpa işləri.