İSTİLİK MƏNTƏQƏSİ

İstilik Məntəqələri

Qazanxanalardan daxil olan istiliyin isitmə sisteminə, isti su təchizatı sisteminə ötürülməsi üçün nəzərdə tutulan qurğular kompleksidir. Bu kompleksə istilik mübadilə avadanlıqları, nasoslar, bağlayıcı-tənzimləyici cihazlar, suyumşaltma qurğusu və avtomatika sistemi daxildir. Binanın təyinatından asılı olaraq istilik mübadilə aparatları su-su və buxar-su tipli olurlar. İsti su təchizatı üçün olan istilik məntəqələrində pik saatlarında istifadəsi nəzərdə tutulan akkumulyator çənlərinin də layihələndirilməsi və quraşdırılması vacibdir.

VİSKond MMC istənilən təyinatlı binalar üçün istilik məntəqələrinin layihəsini və quraşdırılmasını yüksək səviyyədə yerinə yetirir.