Alternativ Enerji
Müasir dövrdə əhalinin sayının kəskin şəkildə artması, iqtisadiyyatın, o cümlədən, enerji tutumu çox olan sənayenin inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi, məişətdə istifadə olunan elektrik cihazlarına, nəqliyyat vasitələrinə tələbatın artması paralel olaraq enerji daşıyıcılarına olan tələbatın da kəskin şəkildə artırmışdır. 1973-ci ildən sonra ölkələr enerji mənbələrini diversifikasiyası və alternatıv enerji mənbələrindən istifadə etmə nöqtəsində mühüm addımlar atmağa başlamış, xüsusilə enerji idxal edən ölkələr enerjinin davamlılığı məqsədi ilə müxtəlif çeşidli siyasət həyata keçirməyə başlamışlar. 2000-ci illərə gəldikdə isə alternativ enerji axtarışları böyük bir təkan qazanmış və bərpa olunan enerji mənbələrindən istifadə sürətlə artmağa başlamışdır. Ənənəvi resursların təbii ehtiyatlarının azalması, ehtiyatların bərpa olunmaması, habelə yanacaq növlərinin qiymətlərinin qeyri-stabil və dəyişkən olması, neft və qaz kimi resursların ölkələrin siyasi və geoloji maraqlarına xidmət üçün təzyiq vasitəsi kimi istifadə edilməsi, bərpa olunan enerji mənbələrindən istifadəsinin ekoloji tarazlığın pozulmasında mühüm rol oynaması günü-gündən bərpa olunan enerji mənbələrinə marağı artırmaqdadır. VİSKond MMC alternativ bərpa olunan enerji mənbələrinin layihələrinin hazırlanması və quraşdırılması sahəsində təcrübəyə malikdir və həmin işlərin yüksək səviyyədə görülməsinə zəmanət verir.