Havalandırma Sistemləri
Müxtəlif təyinatlı binalarda quraşdırılan havalandırma sistemlərinin vəzifəsi otaqlara xarici təmiz hava daxil etməklə binadaxili mikroiqlim parametrlərini normativ qiymətlərə uyğun şəkildə təmin etməkdən ibarətdir.
Havalandırma sistemləri binanın təyinatıa uyğun olaraq Dövlət Tikinti Normalarının tələblərinə əsasən layihələndirilməlidir. Layihələndirmə prosesi verilmiş tikinti rayonunun xarici iqlim parametrlərinə uyğun aparılır.
Bu sistemlərdə istifadə olunan xüsusi qurğu və cihazların köməyi ilə enerji sərfini 50 %-dək azaltmaq mümkündür. Havalandırma sistemlərində istifadə olunan avadanlıqlar elə seçilməlidir ki, onların yaratdıqları səsin səviyyəsi insan orqanizminə mənfi təsir etməsin. Havalandırma sistemlərinin quraşdırılma prosesi yerinə yetrilərkən daxili dizaynın pozulmasına yol verilməməlidir. VİSKond MMC-nin layihələndirdiyi və quraşdırdığı havalandırma sistemləri enerjiyə qənaət edir və binalar daxilində komfort mikroiqlim yaratmaqla insanların normal həyat və iş fəaliyyətni təmin edir.