Nasosxana Sistemləri
Nasosxanalar – çoxmərtəbəli binalarda, zavodlarda, fabriklərdə, su qüllələrində və ya kənd təsərrüfatı müəssisələrində təsərrüfat-məişət və ya texniki suyun məsafələrə nəql olunması üçün quraşdırılır. Nasosxanalar (nasos stansiyaları) – konkret hesabata və istismar şərtlərinə uyğun olan kompleks texniki qurğudur. Əsas göstəriciləri – təhlükəsiz, qəzasız, səssiz, tələb olunan parametrlərə uyğun şəkildə istismar edilməsi. VİSKond MMC yuxarıda qeyd olunan bütün növ nasos stansiyalarının normativlərə uyğun layihəsini və quraşdırılmasını həyata keçirir.
İsti və soyuq su təchizatı sistemlərinin vəzifəsi istehlakçıların (tələbatçıların) lazımi miqdarda tələb olunan təzyiq, temperatur və keyfiyyətli isti və soyuq su ilə təmin etməkdən ibarətdir. Hidrofor nasos stansiyaları tələbatdan asılı olaraq avtomatik rejimdə dövrlər sayının dəyişməsi ilə işləyir və adi nasoslardan 50 %-ə qədər az elektrik enerjisi sərf edirlər. VİSKond MMC tələbata uyğun olaraq müxtəlif növ nasos qurğularının, o cümlədən hidrofor nasos satansiyalarının müasir standartlara uyğun şəkildə layihələndirilməsi və quraşdırılması ilə məşğul olur.