QAZANXANA

Qazanxana Sistemləri

Qazanxana qurğuları verilmiş parametrlərə uyğun olaraq tələb olunan miqdarda istilik, isti su və ya buxar istehsal edən qurğular kompleksidir. Təyinatından asılı olaraq qazanxana qurğuları energetik, texnoloji (istehsala uyğun olaraq) və isitmə təyinatlı olurlar.

Energetik qazanxana qurğuları buxar turbinləri və maşınlarını buxar ilə təmin etmək üçündür.

Texnoloji qazan qurğuları texnoloji prosesləri və istehsalat binalarının isitmə sistemlərini buxarla təmin etmək üçün nəzərdə tutulur.

İstilik (isitmə) qazanxana qurğuları isitmə, havalandırma və isti su təchizatı sistemlərini istiliklə təmin etmək üçün quraşdırılır.

Qazan qurğularına qoyulan əsas tələblər təhlükəsiz işləmək, asan tənzimlənmə, yüksək məhsuldarlıq və istiliyin qiymətinin minimal olmasıdır. Qazan qurğularının qənaətlə işləməsini xarakterizə edən əsas göstəricilər istilik balansı və faydalı iş əmsalıdır. Şirkətimiz göstərilən bütün qazan qurğularının layihəsini və quraşdırılmasını yüksək səviyyədə həyata keçirir.