Yanğınsöndürmə Sistemləri
Avtomatik sulu yanğın söndürmə sistemləri AzDTN normalarına uyğun olaraq kanalın növünə görə sprinkler və drençerli söndürmə sistemlərə bölünürlər. Sprinkler sistemi hava və ya su ilə doldurulmasına görə qidalandıran və bölüşdürən borular su ilə doldurulan, hava ilə doldurulan, hava və su ilə doldurulanlara bölünürlər. Drençerli söndürmə sistemləri bir neçə kateqoriyaya bölünürlər: elektrikli, hidravlik, pnevmatik, mexaniki, kombinə edilmiş.
AzDTN normalarına uyğun olaraq avtomatik köpüklü yanğın söndürmə sistemləri - konstruktiv həllinə, ötürücünün növünə, işə düşmə zamanına, işlək vəziyyətdə olma və qalma müddətinə və tozun bölünməsinə görə fərqlənirlər. Avtomatik tozlu yanğın söndürmə sistemi konstruktiv həllinə görə sulu söndürmə sistemində olduğu kimi suvarma kanalının növünə görə sprinkler və drençerli söndürmə sistemlərinə bölünürlər.
VİSKond MMC yanğınsöndürmə sistemlərinin layihəsinin hazırlanması və quraşdırılması sahəsində böyük təcrübəyə malikdir. Özümüzün hazırladığımız və ya müştərinin təklif etdiyi layihəni təftiş etdikdən sonra quraşdırma işlərini yüksək keyfiyyətlə həyata keçirir.